Азербайджанские народные сказки | страница 6
— Şah icazə versə, mən qulu sakit edərəm.
Şah razılıq verdi. Həkimin əmri ilə qulu dənizə atdılar.
O üzmək bilmirdi (он не мог плавать; bilmək — уметь; знать). Bir-iki dəfə əl-qol atdı (пару раз: «один, два раза» руками побарахтался: «бросил»), bir neçə qurtum şor su içəndən sonra (после того, как глотнул немного соленой воды: «выпил несколько глотков соленой воды»), batmağa başladı (начал тонуть; qurtum — глоток).
O üzmək bilmirdi. Bir-iki dəfə əl-qol atdı, bir neçə qurtum şor su içəndən sonra batmağa başladı.
Bunu görən həkim əmr etdi ki (увидав это, врач приказал; görmək — видеть), dənizə ip atsınlar (бросить в море канат: «чтобы бросили в море канат»; ip — веревка, бечевка; канат). Qul ipdən bərk-bərk yapışdı (слуга крепко ухватился за канат). Onu çəkib çıxartdılar (потащив его вытащили). Qul gəminin bir küncündə lal-dinməz oturdu (слуга молча уселся в углу корабля), sakit oldu (успокоился).
Bunu görən həkim əmr etdi ki, dənizə ip atsınlar. Qul ipdən bərk-bərk yapışdı. Onu çəkib çıxartdılar. Qul gəminin bir küncündə lal-dinməz oturdu, sakit oldu.
Başı kefə qarışmış padşahın bunlardan xəbəri yox idi (увлеченный пирушкой падишах не знал об этом; baş — голова; qarışmaq — вмешиваться). Sevimli qul birdən onun yadına düşdü (неожиданно он вспомнил про любимого слугу: «любимый слуга неожиданно пришел ему на память»). Şah sorusdu (шах спросил):
— Nə oldu ki, qul belə aram tapdı (что произошло, что слуга так успокоился; aram — покой, успокоение; tapmag — находить)?
Başı kefə qarışmış padşahın bunlardan xəbəri yox idi. Sevimli qul birdən onun yadına düşdü. Şah sorusdu:
— Nə oldu ki, qul belə aram tapdı?
Həkim cavab verdi (врач ответил):
— Qul dəniz görməmişdi (слуга не видал/не познал моря). Gəmidəki salamatlığın qədrini bilmədiyindən (не познав/полюбив уют корабля; salamatlıq — здравствование; благополучие), ağlayır və ah-nalə edirdi (плакал и рыдал). Dənizdə batmağın nə olduğunu görəndən sonra (увидав же, что значит потонуть в море; görmək — видеть; узнавать, познавать) gəmidə salamat oturmağın qədrini də bildi (/он/ смог полюбить и уют корабля; oturmaq — сидеть). Odur ki, belə sakit olmuş və aram tapmışdır (и вот — /он/ угомонился и нашел покой).
Həkim cavab verdi:
— Qul dəniz görməmişdi. Gəmidəki salamatlığın qədrini bilmədiyindən, ağlayır və ah-nalə edirdi. Dənizdə batmağın nə olduğunu görəndən sonra gəmidə salamat oturmağın qədrini də bildi. Odur ki, belə sakit olmuş və aram tapmışdır.