Азербайджанские народные сказки | страница 2
Kişi dedi:
— Ay aslan qardaş (эх, братец лев), pişik də mənə demişdi ki, çox qüvvətlidi (и кот сказал мне, что /он/ дюже силен), ancaq mən pişikdə o qüvvəti görmədim (однако не приметил я у кота той силы). Indi də ki, görürsən nə günə düşüb (а теперь видишь, каким /он/ стал = до чего докатился)?
— Əgər ona yazığın gəlirsə (а коль жалко /тебе/ его), bircə gün ona kömək elə, onun işini sən gör (помоги ему разочек — сделай за него его работу; iş görmək — выполнять/делать работу).
Qoca aslan dedi:
— Nə işin var, de kömək eləyim (какая есть работа — скажи, помогу).
Sabah açıldı, pisiyin yiyəsi kəndli meşənin qırağına cüt əkməyə gəldi. Bunu görüb qoca aslan da ora gəldi. Bir az keçdi, pişik də gəldi. Bu zaman qoca aslan dedi:
— A kişi, niyə bizim nəsli bu hala salıbsan? Bəyəm mən aslandan qorxmursan?
Kişi dedi:
— Ay aslan qardaş, pişik də mənə demişdi ki, çox qüvvətlidi, ancaq mən pişikdə o qüvvəti görmədim. Indi də ki, görürsən nə günə düşüb? Əgər ona yazığın gəlirsə, bircə gün ona kömək elə, onun işini sən gör.
Qoca aslan dedi:
— Nə işin var, de kömək eləyim.
Cütçü boyunduruğu öküzün boynundan açıb aslanın boynuna qoydu (пахарь, сняв ярмо с шеи вола, надел на шею льва; açmaq — снимать; qoymaq — класть, положить), kirişlə bərk-bərk bağladı (крепко-накрепко закрепил тетивой), cütü saldı xam, kolluq yerə (соху же вонзил в невозделанную поросшую кустарником землю; kolluq — кустарник; yer — земля, почва; место).
Əlinə də yekə pazı aldı (взял в руку длинный посох), daldan aslana çək ki, çəkəsən (и давай льва сзади колотить). Aslanın bağırtısı meşəyə, dağa düşdü. (рев льва разнесся по лесу, горам; düşmək — падать; попадать; разноситься, распространяться).
Əkinçi axşama kimi kolluqları, çayırlıqları əkdi (до вечера пахарь распахивал кустарники и заросли пырея). Aslanı da o qədər döydü ki (льва же до того забил), bir qat gönü getdi (что слой шкуры содрал), tamam heydən düşdü (совсем выбился из сил).
Cütçü boyunduruğu öküzün boynundan açıb aslanın boynuna qoydu, kirişlə bərk-bərk bağladı, cütü saldı xam, kolluq yerə. Əlinə də yekə pazı aldı, daldan aslana çək ki, çəkəsən. Aslanın bağırtısı meşəyə, dağa düşdü. Əkinçi axşama kimi kolluqları, çayırlıqları əkdi. Aslanı da o qədər döydü ki, bir qat gönü getdi, tamam heydən düşdü.
Cütcü axşam boyunduruğu aslanın boynundan götürdü (вечерком пахарь снял ярмо со льва). Aslan tir yerə uzandi (лев упал замертво: «лег как бревно»).